Parisdə skuter qadağan oluna bilər - Şəhər bələdiyyəsi seçkiyə gedir

img

16-01-2023 [17:34]


Fransanın paytaxtı Parisdə skuter qadağan oluna bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bumun üçün Paris bələdiyyəsi şəhərdə referendum keçirəcək.

Səkilərin skuterlərin "işğal" etməsinin ciddi narazılıq yaratdığını açıqlayan yerli bələdiyyə bildirib ki, bununla bağlı son qərarı şəhər sakinləri verməlidir: "Biz bunün üçün aprelin 2-də referendum keçirəcəyik. Referendumun sualı çox sadə olacaq: biz skuterlərlə davammı edək, yoxsa yox?".

Qeyd edək ki, qadağa qərarı olarsa, Paris Avropada skuterlərin qadağan olunduğu ilk şəhər olacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR