Nazir tapşırıq verdi: DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yoxlamalar başlayıb - Nə baş verir?
16-01-2023 [12:54]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yoxlamalara başlanılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbəır verir ki, həssas təbəqəyə xidmət və onların yaradıcılıq istedadının üzə çıxarılması üçün bir sıra tanınmış sənətkarların çalışdığı mərkəzdə məşqlər dayandırılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin göstərişi ilə keçirilən yoxlamalar nəticəsində 10-dan çox şəxsin işdən çıxarıldığı bildirilir.
Həmin Mərkəzdə Xalq artisti Rüfət Xəlilzadə, Əməkdar artist Vüqar Camalzadə, saz ustası Aqşin Tarıyeloğlu, konsertmeyster, beynəlxalq mükafatlar laureatı Gülsüm Eldarova, Bakı Musiqi Akademiyasının vokal ustadı Esmira Hüseynova və digər sənətkarlar fəaliyyət göstərir.
Məsələ ilə əlaqədar Əməkdar artist Vüqar Camalzadə ilə əlaqə saxladıq.
.jpg)
O, mərkəzdə çalışan yaradıcı insanlara administrativ tələblər qoyulduğunu, bu baxımdan narazılıq olduğunu təsdiqlədi: “Sonuncu dəfə şənbə günü Mərkəzdə olmuşuq. Dünən bazar günü olduğuna görə məşqlərin dayandırılmasından xəbərim olmayıb. Artıq 1 il 3 aydır ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində peşəkar heyət cani dildən fəaliyyət göstərir. Bu müddət ərzində gördüyümüz işlər göz qabağındadır. Bu da təbii ki, rəhbərliyin və peşəkar heyətin sayəsində baş verir. Bu ilin əvvəlindən maraqlı hadisələr baş verir. Səbəb nədir bilmirəm. Onu bilirəm ki, yaradıcı insanlara qarşı münasibət belə olmamalıdır. Çünki yaradıcı insan administrativ deyil. Belə insanlara yaradıcılıq mühiti və şəraiti yaratmaq, yaradıcılıq azadlığı vermək lazımdır. Buna görə də güman edirəm ki, bu məsələlər tez bir zamanda həllini tapacaq”.
V. Camalzadə, həmçinin, sənət adamlarına qarşı administrativ tələblərin mərkəzin rəhbərliyi tərəfindən qoyulmadığını əlavə edib: “Biz rəhbər qurumlardan, aidiyyəti şəxslərdən xahiş etmişik ki, bu məsələlərə başqa tərəfdən yanaşsınlar. Dava-dalaşla yox, bunu izah eləməyə çalışırıq. Güman edirik ki, məsələ öz həllini tapacaq. Bizim mərkəzin rəhbərliyi ilə bağlı problemimiz yoxdur, rəhbərlik bizi çox yaxşı başa düşür. İradlarımız daha yüksək qurumlardan gələn tələblərlə bağlıdır. Bu tələblər administrativ insanlara qoyulan tələblərdir ki, o da yaradıcı insanlara qoyulmamalıdır”.
Problemlə əlaqədar ƏƏSMN-in DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılacaq və cavablandırılacaq.
Qeyd edək ki, sözügedən mərkəz 2021-ci ildə yaradılıb, sosial tərəfdaşlıq prinsipinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib. Mərkəzin yaradılmasında əsas məqsəd isə sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.
Mia.az
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...