Milli Məclisdən Ləman Ələşrəfqızıyla bağlı açıqlama

img

02-05-2014 [17:36]


"Ləman Ələşrəfqızının Milli Məclislə bağlı jurnalist fəaliyyəti bizi qane etmir”.

Bu sözləri Aktual.az-a Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu ANS-in müxbiri Ləman Ələşrəfqızının Milli Məclisin bu gün keçirilən iclasına buraxılmaması barədə yayılan məlumata münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, ANS-in müxbirinin Milli Məclisə buraxılmaması barədə yayılan xəbərlər əsassızdır: "Bunun bizə aidiyyatı yoxdur. Sadəcə olaraq ola bilsin ki, özü gəlməyib və ya hansısa bir hadisə baş verib."

Akif Təvəkküloğlu sonda onu da vurğulayıb ki, ANS-in əməkdaşları Milli Məclisin iclaslarında iştirak etməkçün akkreditasiyadan keçirilib:  "Hesab edirəm ki, bu məsələdə heç bir problem yoxdur. Ona görə də bu məsələni şişirtmək lazım deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA