“Azərbaycan Uşaq Qaynar Xətti” ötən il 5 mindən çox uşağa dəstək olub
13-01-2023 [12:06]
24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi köməyə ehtiyacı olan uşaq və valideynlərə açıqdır
“Azercell Telekom” MMC-nin, "UNICEF Azərbaycan"ın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə təzyiq və şiddətə məruz qalan, gündəlik həyatda yaşadığı istənilən sıxıntı səbəbindən dəstəyə ehtiyacı olan uşaqlar, eləcə də övladları ilə bağlı hər hansısa çətinliklə üzləşən minlərlə valideyn müraciət edir.
Mia.az xəbər verir ki, Mərkəz 18 yaşına çatmamış bütün uşaqlara və onların problemləri ilə əlaqədar zəng edən hər kəsə fasiləsiz- 7/24 rejimində xidmət göstərir.
2022-ci il ərzində Uşaq Qaynar Xəttinə daxil olan 5 mindən çox müraciətin 10%-i uşaq zorakılığı ilə bağlı olub. Əvvəlki illərdəki kimi müraciətlər arasında ilk sıralarda psixoloji və fiziki zorakılıq yer alıb, lakin ötən illərdən fərqli olaraq kiberzorakılıqla bağlı müraciətlər də qeydə alınıb. Bunun səbəbi isə hazırda uşaq və yeniyetmələr arasında internetdən istifadənin kəskin şəkildə artmasıdır. Bu göstəriciləri nəzərə alan “Azercell Telekom” internet məkanda düzgün davranış, uşaqların kiber təhlükələrdən qorunması mövzusunda ictimaiyyətin maarifləndirilməsinə xüsusi diqqət ayıraraq silsiləvi tədbirlər təşkil etməyi qərara alıb.
Zənglərin ümumi təsnifatına gəldikdə, Qaynar Xəttə daxil olan müraciətlərin 31%-i hüquqi, 28%-i psixoloji, 14%-i təhsil, 14%-i sosial, 13%-i isə səhiyyə məsələləri ilə bağlı olub. Zənglərin əhatə dairəsi Bakı ilə məhdudlaşmayıb – Azərbaycanın digər bölgələri ilə yanaşı, müraciətlər Türkiyə, Ukrayna, Rusiya kimi ölkələrdən də daxil olub.
Müraciət edənlərə, əsasən, telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. 19 ailəyə və 8 təhsil ocağına təcili-təxirəsalınmaz səfərlər təşkil olunub.
Xatırladaq ki, “Uşaq Qaynar xətti”nə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçtu, “Facebook” və “Instaqram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib