LAÇIN YOLUNDAKI AKSİYANIN 33-cü GÜNÜ: etirazlarçılar əcnəbi jurnalistləri məlumatlandırıb, sülhməramlıların maşınları isə... - FOTOLAR (Yenilənib)
13-01-2023 [22:57]
Laçın yolunda azərbaycanlı ekofəalların etirazları davam edir.
Mia.az xəbər verir ki, etirazçılar "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarları səsləndirməkdə davam edirlər.
***
Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin sərbəst hərəkətinə şərait yaradılıb.
Mia.az xəbər verir ki, yük maşınları Laçından Xankəndiyə doğru yollanıb.
***
Laçın yolunda bu gün Rusiya sülhməramlılarına məxsus daha 11 avtomobil sərbəst hərəkət edib.
Miaaz xəbər verir ki, maşınları Laçından Xankəndinə doğru yollanıb.
Bununla da hələlik bu gün Xankəndi-Laçın yolunda hərəkət edən rus sülhməramlılarına məxsus maşınlaırn sayı 18-ə çatıb.
***
Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
Mia.az xəbər verir ki, bu gün saat 12.30 radələrində bir qrup əcnəbi jurnalist aksiyaçılara baş çəkib.
Ekofəallar onlara aksiyanın məqsəd və məramı barədə məlumat veriblər.
Məlumata görə, jurnalistlər İtaliya, İspaniya, Türkiyə, Rusiya, Macarıstan və Böyük Britaniyadan gəliblər.
***
Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir maşın Xankəndidən Laçın istiqamətinə hərəkət edib.
Mia.az xıəbər verir ki, hazırda yolun Şuşadan keçən hissəsində ekofəalların aksiyası davam edir
***
Bu gün Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkətinə şərait yaradılıb.
Mia.az xəbər verir ki, həmin yük maşınları Xankəndidən Laçına doğru hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 33 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Çempionlar Liqası: "Liverpul" "Qarabağ"a 5-ci qolu da vurdu - CANLI YAYIM (Yenilənir)
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"