PUTİN TÜRKİYƏYƏ TƏTİLƏ YOLLANAN BAŞ NAZİRİN MÜAVİNİNƏ QƏZƏBLƏNDİ: "Nə məsuliyyətsiz adamsan?"

img

12-01-2023 [16:45]


Rusiya lideri Putin hökumətin son iclasında baş nazirin müavinini sərt tənqid edib.

Mia.az xəbər verir ki, Putin Yeni il ərəfəsində hökumətdən icazəsiz Türkiyəyə istirahətə yollanan Baş nazirin müavini Denis Manturovu videoformat çərçivəsində keçirilən iclasda hər kəsin gözü önündə danlayıb.

Ölkənin hərbi, iqtisadi və sosial vəziyyəti ilə bağlı çxış etdikcə qəzəblənƏN Putin daha sonra Baş nazirin müavini Denis Manturovu sorğu-suala tutub: "Yeni mülki və hərbi təyyarələrlə bağlı müqavilələr tamamlanmadan sən niyə məsuliyyətsizlik edirsən? Hələ yeni il tətilini də Türkiyədə keçiririsən, işini tamamlamısan ki, sən?! Ortada bir müqavilə yoxdur, mənə indi nə deyəcəksən? Hansı ki, şirkət rəhbərləri, zavod direktorları gəlib mənə deyiblər ki, müqavilələr yoxdur. Nə məsuliyyətsiz adamsan sən?".

Getdikcə səs tonunu daha da qaldıran Putin daha sonra ona vaxt verib: "Bu işlər bir aya bitəcək. Bax, sənə deyirəm, bir aya. Aydın oldumu?".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR