Şirvanda küçə və prospektlərin işıqlandırılması işləri görülür

img

12-01-2023 [13:42]


 Şirvan şəhərində küçə və prospektlərin işıqlandırılması davam etdirilir.

Mia.az xəbər verir ki, abadlıq-quruculuq işləri çərçivəsində şəhər üzrə  çoxmənzilli yaşayış binalarının məhəllələrinin və məhəllədaxili yollarının işıqlandırılması işləri həyata keçirilir, küçə və prospektlərin mövcud işıqlandırma sistemi əsaslı təmir edilir.

Məlumata görə, yeni kabel xətləri cəkilir, yeni işıq dirəkləri quraşdırılır: "Qurulan yeni işıq sistemləri Şirvan şəhərinin enerji təsərrüfatı və təminatını yaxşılaşdırmaqla yanaşı, həm də onun idarə edilməsini optimallaşdırmağa xidmət edəcəkdir. Hazırda Heydər Əliyev prospekti, Fariz Eynullayev, Nəriman Nərimanov, Qafur Məmmədov, Xəqani 88 küçələrində işıqlandırma işləri həyata keçirilir. Vahid idarəetmə sistemi ilə qurulan bu işıqlar şəhər sakinləri tərəfindən məmnunluqla qarşılanır".


Digər xəbərlər
SON XƏBƏRLƏR