MÜƏLLİMƏ AĞLAYA-AĞLAYA MÜRACİƏT YAYDI: "Qorxmuram, amma dözə bilmirəm daha..." - Nazirlikdən reaksiya (VİDEO)

img

11-01-2023 [18:23]


İmişlidə məktəbdə tualet probemini qabardan müəllimə yeni müraciət ayyıb.

Mia.az-ın məlumatına görə, bu dəfə ağlaya-ağlaya sosial şəbəkə istifadəçilərinə müraciət edən İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd Orta Məktəbinin müəlliməsi Leyla Nəcəfquliyeva bəyan edib ki, onu həbs etmək istəyirlər.

Buna görə, o, izləyicilərdən onu müdafiə etməmələrini xahiş edib: "Yalvarıram sizə, məni müdafə etməyn, tənqid edin... Özümdən qorxmuram, daha döz\ə bilmirəm, ancaq balalarıma yazığım gəlir".

Elm və Təhsil Nazirliyinin sözçüsü Cəsarət Vəliyev isə yayılan video ilə bağlı qısa açıqlama verib.

Deyib ki, bu gün həmin müəllimə iilə İTV-də verilişdə olub, problemlərlə bağlı normal müzakirə aparılıb...

QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova isə məsələni yerində araşdırmaq çün sabah İmişliyə gedəcəyini açıqlayıb.

Qeyd edək ki, Leyla Nəcəfquliyeva məktəbdə tualet olmadığını deyərək şagirdləri tualet tikilənə qədər dərsə gəlməməyə çağırıb. Bundan sonra isə məkətbin direktoru ona başqa bəhanə ilə töhmət verib. Müəllimə isə töhmətdən çəkinmədiyni deyərək, əslində, cəzasının başqa səbəblə əlaqələndirib.

 

Həmin müraciəti təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR