Nəsimi rayonunda növbəti səyyar qəbul keçirilib - FOTOLAR

img

11-01-2023 [16:08]


Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda  Azadlıq pr., Bakıxanov küçəsi, Süleyman Rüstəm küçəsi, Natiq Şahbazov küçəsi, Mirəli Qaşqay küçəsi, Ruhulla Axundov küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilib.

Mia.az xəbər verir ki, sakinlərdən Qənizadə Nazim, Poladxanov Elmar, Haqverdiyeva Dilbər, Qasımzadə Valeh, Orucova Günay, Qəmbərova Rəqsanə, Nağıyev Əli və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin yeni layihəyə salınması, mənzilin damının təmiri, ağacların budanması, iş ilə təmin, kirayə haqqının verilməsi, pəncərələrin təmiri, həyətə oturacaqların qoyulması, binanın fasadının təmiri barədə müraciətlər ediblər.

Qəbul zamanı sakinlər Prezident İlham Əliyevin  ölkəmizin tərəqqisi və vətəndaşların rifahının daha da yüksəlməsinə yönəlmiş atdığı uğurlu addımların xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verilib.

Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak edib, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilib.

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR