Bu tarixdən havanın temperaturu yüksələcək

img

11-01-2023 [14:07]


“Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu bir qədər də yüksələrək gündüz 3-5 dərəcə isti olacaq”.

Mia.az xəbər verir ki, bu məlumatı Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev açıqlayıb.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında bu gün axşama doğru qarın tədricən kəsiləcəyi gözlənilir: “Sabah gün ərzində hava əsasən yağmursuz olacaq, cənub-şərq küəyi əsəcək, havanın temperaturu gündüz 1-3 dərəcə isti olacaq. Rayonlara gəldikdə, bölgələrdə də yanvarın 12-dən başlayaraq qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Yanvarın 14-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu yanvarın 12-si gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda isə 5-10 dərəcə şaxta olacaq. Ayın 13-14-də isə rayonlarda gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 5-10 dərəcə şaxta olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR