Yolda yol üstə mübahisə qanla bitdi - Sürücü baltaya əl atdı və... (Yenilənib)

img

10-01-2023 [10:59]


Dünən saat 16 radələrində Mingəçevir şəhər sakini 1971-ci il təvəllüdlü Faiq Məmmədovun balta ilə 27 yaşlı Elvin Paşayevin baş nahiyəsinə xəsarət yetirməsi ilə bağlı şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirib ki, Faiq Məmmədov isə şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

***
Mingəçevirdə sürücülər arasında yol verməməyə görə dava olub.

Mia.az xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti "Köhnə Toxuculuq kombinatı" adlanan yerin qarşısında baş verib.

Belə ki, "Xəzər" markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı "Mercedes-Benz" markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub "açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı" xəsarətini yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR