İmişlidə orta məktəbdə ayaqyolu problemi: etiraz edən müəlliməyə töhmət verildi  - Açıqlama

img

08-01-2023 [18:41]


İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir: "Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb"/APA.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb. Maraqlı budur ki, haqlı etiraz edən müəlliməyə bundan sonra direktor töhmət verib.

Bundan sonra mətbuata açıqlama verən müəllimə deyib ki, belə haqsız töhmətlər onu qətiyyyən qorxutmur...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR