AMEA-da yeni ştatlar yaradıldı, onlara vəzifə verildi - FOTO
07-01-2023 [14:29]
Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub.
Mia.az AMEA-ya istinadla xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun xususi iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətində struktur islahatlarının əsasən başa çatdığını, həmin islahatların Akademiyanın elmi-tədqiqat müəssisələrini də əhatə etdiyini bildirib.
Ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Qərbi Azərbaycanla bağlı səsləndirdiyi çağırışları diqqətə çatdıran AMEA rəhbəri tarixçi alimlərin bu istiqamətdə həlli zəruri olan bir sıra vacib məsələlərin müəyyən olunduğunu vurğulayıb. Qərbi Azərbaycanın tarixi coğrafiyasının yazılması, atlasının hazırlanması, bu regionda həyata keçirilən deportasiyaların və erməni təcavüzünün mahiyyəti və sair kimi məsələlərin tədqiqi diqqət mərkəzinə çatdırılıb. İclasda eyni zamanda Azərbayacan tarixinin qədim dövrünün və müstəqillik məthələsinin araşdırılması ilə əlaqədar aktual məsələlərdən də bəhs olunub.
Azərbaycan tarixinin öyrənilməsinə dair yeni çağırışların həyata keçirilməsi üçün institutda xüsusi islahatlar aparılıb və yeni vəzifələrə təyinatlar olub.
Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İkram Ağasiyev isə Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri vəzifələrinə təyin olunublar.
AMEA rəhbəri çıxışının sonunda ölkə başçısının çağırışlarını əsas götürərək Qərbi Azərbaycanla bağlı tədqiqatların genişləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb və elmi-tədqiqat müəssisəsində yeni yaradılan Qərbi Azərbaycan şöbəsinin əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib.
Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov elmi-tədqiqiat müəssisəsinə göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlığını bildirərək qarşıya qoyulan yeni vəzifələrin öhdəsindən bacarıqla gələcəklərini, ölkə başçısının çağırışlarına əməli fəaliyyətləri ilə cavab verəcəklərini bidirib.
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib