Kevin Makkarti Nümayəndələr Palatasının sədri seçildi, Bayden təbrik etdi

img

07-01-2023 [11:03]


ABŞ Prezidenti Cozef Bayden Respublikaçılar Partiyasının üzvü Kevin Makkartini ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, bu barədə Ağ evin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Makkartinin seçilməsi üçün keçmiş prezident Tramp da nümayəndələrə müraciət etmişdi.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 118-ci çağırışına dörd gündür yeni sədr seçilə bilmirdi. Nəhayət K.Makkarti 15-ci cəhddə 216 səs toplayaraq bu posta seçilib. O, Nelsi Pelosini əvəz edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA