Reza Deqatinin 31 il əvvəl Ağdam Şəhidlər Xiabanından çəkdiyi tarixi - FOTOLAR
05-01-2023 [13:58]
1992-ci ildə Xocalı faciəsindən reportaj hazırlamaq üçün Ağdama yollanmışdım. Çox ağır faciə idi. Meyitlər Ağdam məscidinə gətirilir, orada yuyulurdu. Ermənilər Ağdam qəbiristanlığını atəşə tutduğu üçün cəsədləri 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə salınmış parkda dəfn edirdilər. Çox ürək ağrıdan mənzərə idi...
Mia.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində məşhur fotojurnalist Reza Deqati söyləyib.
Reza Deqati 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra yenidən Ağdamda olub. O bu barədə danışarkən deyib: “Ağdamda şəkil çəkdiyim yerlərə getdim. Qəbirlərin hamısı dağıdılmışdı, heç nə tapmadım. Sanki bu yerdə məzarlıq olmayıb. Gördüm ki, insanlar yaxınlarının məzarlarını axtarırlar. Çəkilən şəkillərdən biri diqqətimi çəkdi. Şəkildəki yer mənə tanış gəlirdi. Parisə gedəndə arxivimə baxdım, 1992-ci ildə o yerdə çəkdiyim şəkli tapdım. Bildim ki, Ağdamda gördüyüm o çöllük yer – nə bir ağac var idi, nə də bir məzar, - şəhidlərin dəfn edildiyi həmin xiyabandır...”.
Ağdam Şəhidlər xiyabanında şahidi olduğu bir hadisədən daha çox təsirləndiyini vurğulayan məşhur fotoqraf rastlaşdığı acı görüntülərdən birini yada salır: “Ürəyimi sızladan bir görüntü vardı. Qoca kişi əlində bel Ağdam Şəhidlər xiyabanında nəsə axtarırdı. Bir yeri göstərib dedi ki, buradır. Soruşdum ki, nədir, dedilər, oğlu şəhid olub. Onun məzarını tapmağa gəlib. Məzarın ətrafına daş düzdü. Soruşdum ki, burada heç nə yoxdur axı, necə bildiniz? Onun cavabı hələ də ürəyimi titrədir. Dedi ki, oğlumu bu əllərimlə burada dəfn etmişəm...”.
Azərbaycan əsilli fransız fotoqraf 1992-ci ildə çəkdiyi fotoların köməyi ilə insanların öz doğmalarının məzarlarını tapacağına ümid edir. “Ağdam Şəhidlər xiyabanında heç nə qalmayıb, məzarların hamısı dağıdılıb. İstərdim ki, həmin vaxt burada çəkdiyim şəkillər bütün saytlarda, televiziyalarda işıqlandırılsın. İnsanlar baxsınlar və əzizlərinin dəfn olunduğu yeri tapsınlar. Çəkdiyim fotolar insanların doğmalarının məzarlarını tapmasına vasitə ola bilər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ağdam şəhərindəki Şəhidlər xiyabanında həm Qarabağ müharibəsində şəhid olan döyüşçülər, həm də Xocalı faciəsi zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc sakinlər dəfn olunub. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. İşğal dövründə Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanını da yerlə-yeksan edib, qəbirləri qazaraq dağıdıblar. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra insanlar Şəhidlər xiyabanındakı yaxınlarının qəbirlərini tapmağa çalışırlar. Lakin məzarlar tanınmaz halda olduğundan onları müəyyən etmək çox vaxt mümkün olmur.
Reza Deqatinin 1992-ci ildə Ağdamda Şəhidlər xiyabanından çəkdiyi fotoları təqdim edirik:
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...