Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-01-2023 [00:05]
Qoç - günün ilk yarısında ən mühüm işləri görəndə tələskənliyə yol verməyin. Maneələr və sədlər sizə mane olmamalıdır. Xırdalıqlar sizi işdən ayırmamalıdır. Telefon zəngləri, tanımadığınız insanların müraciətləri fikrinizi dağıtmasın. Dürüst motivasiyanın olmaması bədbinlik yaratmamalıdır.
Günün ikinci yarısında bu amilləri ifrat müşküllər kimi qəbul etsəniz, durum ağırlaşacaq.
Axşam saatlarında alış-verişə yollanmaq olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sayıq olun. Sizi aldatmağa, fırıldaq gəlməyə çalışacaqlar.
Yadların məsləhətlərinə qulaq asmayın.
Buğa - maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. Maaşın artırılması ilə bağlı işdə rəhbərliyə müraciət etmək olar. Səhhətinizin qeydinə qalın, rasionunuza fikir verin. Emosional durumunuz səhhətinizə bilavasitə təsir edəcək.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinizin problemlərini özünüzdən kənarlaşdırmayın. Qərarı ailə üzvləri ilə məsləhətləşmədən qəbul etməyin. Əks təqdirdə münaqişə yarana bilər.
Əkizlər - günün ilk yarısında genişmiqyaslı və önəmli işləri planlaşdırmayın. Mühüm sənədlər imzalamaq üçün əlverişli zaman deyil. Hüquq və ədliyyə sistemlərinin mənsubları, məmurlarla ünsiyyət, dövlət qurumlarına yollanmaq yaxşı nəticə verəcək.
Əhvalınız rəvan olmalıdır. Özünüzə qapılmayın. Soyuqqanlılığı absolyuta çatdırsanız, sizinlə sıx təmaslarda olan insanları təəccübləndirəcəksiniz.
Daxili aləminizə çox qapılmayın. Axşam saatlarına yaxın həddən artıq aktiv olmayın. Qüvvələriniz imkan verirsə, fiziki təmrinlərlə məşğul olun.
Xərçəng - günün ilk yarısında şərait sakit və rəvan olacaq. İşləri dəqiq planlaşdırın. Yeni işə başlamaq niyyətiniz varsa, situasiyanı təhlil edin və düşünülmüş qərar verin. Növbədə yeni layihələrdir.
Günün ikinci yarısında problemlərin və çətinliklərin sayı artacaq. Yarımçıq işləri tamamlayın. Diqqətli olun, sayıq davranın. Yaxınlarınız və dostlarınızla təmaslar zamanı sizdən nələrinsə gizlədildiyini hiss edəcəksiniz. Onların sirlərini faş etmək istəyəndə alicənab davranın ki, münaqişə yaranmasın.
Şir - qəfil çətinliklər günün ilk yarısından etibarən əhvalınızı korlaya bilər. Peşəkar fəaliyyət müstəvisindəki münasibətlərin etimad və qarşılıqlı sayğı əsasında formalaşmasına çalışın.
Sözləriniz kobud və qaba olmamalıdır. Bu gün verəcəyiniz vədləri yerinə yetirin, öhdəliklərinizi unutmayın.
Ailə üzvlərinin problemlərini və qayğılarını həll etməyə çalışın. Axşam saatlarına yaxın sevdiyiniz insanla münaqişə yaratmayın. Problemlər yaratsanız, onların fəsadlarının aradan qaldırılması çox vaxt alacaq.
Normal istirahət etməyə çalışın.
Qız - günün ilk yarısında problemlər çoxdur və onların həlli xeyli vaxt alacaq. Zəhmət çəkməli, əməllicə işləməli olacaqsınız. Şərait əlverişli olmasa da, geri çəkilməyin, fəaliyyət intensivliyini azaltmayın. İndiyədək sizi tənqid edən insanların yardımlarına bel bağlaya bilərsiniz. Barrikadaların qarşı tərəfindəki insan günün ikinci yarısında əməkdaşlıq təklifi ilə çıxış edəcək.
Yaxınlarınızla münasibətlərdə emosional olmayın. Axşam saatlarına yaxın yaşam potensialınız yüksək səviyyədə olacaq. İfrat yorğunluq olmayacaq. Buna rəğmən, özünüzü çox yormayın. Səhhətinizə fikir verin.
Tərəzi - maliyyə durumu ümumən pis olmasa da, stabil sayıla bilməz. İşlərin mövcud düzənini qaydaya salın. Mövcud işləri normallaşdırın. Xərclərin strukturunu və siyahısını bir daha təhlil edin. Hadisələri tələsdirməyin. Mövqeyinizi mökəmləndirin.
Günün ikinci yarısında sizdən borc istəyəcəklər. Kredit götürə bilərsiniz.
Çətin vəziyyətə düşmüş yaxın qohumlarınızdan birinin maddi yardıma ehtiyacı var. Axşam saatları romantik görüş və yeni tanışlıqlar üçün əlverişlidir.
Əqrəb - köhnə problemlərdən biri həllini tələb edir. Belə məsələlərin çözümünə yanaşma tərzinə yenidən baxmaq, ənənəvi sxemləri yeniləmək zamanıdır. Situasiyaya sizinlə müqayisədə daha yaxşı bələd olan, yaxud da daha təcrübəli insanlara müraciət edə bilərsiniz.
Günün ikinci yarısında sükan arxasında olsanız, emosional davranmayın.
Sevdiyiniz insan maraqlarınızı və ya ideyalarınızı bölüşmürsə, birgə layihələrə başlamaq çətin olacaq. Axşam saatlarında idefikslərə qapılmayın.
Oxatan - günün ilk yarısında yeknəsək və rutin işlər sizi darıxdıra bilər. Adi işləri qulaqardına vurub onları səhlənkarlıqla yerinə yetirməyə çalışmayın. Bütün işləri vaxtında görün, gecikmələrə yol verməyin. Əks təqdirdə problemlər qar topası kimi artacaq.
Günün ikinci yarısında ağır, mürəkkəb, bəlkə də xoşagəlməz işi başa vurmalısınız. Belədə sonrakı maneələri asanlıqla aradan qaldıra bilərsiniz.
Sevdiyiniz insanla münasibətlərdə sərinləşməyə yol verməyin. Stabil əlaqələr və ya təmaslar arayırsınızsa, axşam saatları əlverişli zamandır.
Oğlaq - günün ənənəvi ritmini dəyişərək spontan addımlar atmayın. Tələsikliyə yol versəniz, vəziyyəti təhlil etməyib qərarlar versəniz, təfərrüatlara bələd olmadan yeni layihəyə başlasınız, şərtləri dəqiqləşdirmədən və razılaşdırmadan sifariş qəbul etsəniz, uduzacaqsınız.
Günün ikinci yarısında problemləri mümkün qədər tez həll etməyə can atmayın. Yaxşı bacardığınız işlərlə məşğul olun.
Şəxsi münasibətlər adi günlərlə müqayisədə sizi daha çox narahat etməsin, qayğılandırmasın. Subaysınızsa, hisslərə qapılmayın. Təmaslarda köklü dəyişikliklər üçün əlverişli zaman deyil.
Dolça - sakit və təmkinli davranın. Təxribatlara uymasanız, gün yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər. Belə tələlərə düşməyin. İş yerini dəyişmək, yeni tanışlıqlara can atmaq məsləhət deyil.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına yaxın tək qalın, düşünüb-daşının. Ailə üzvlərindən biri ilə fikir ayrılıqları yarana bilər.
Balıqlar - günün ilk yarısı nisbətən sakit və yaxşı olacaq. Yarımçıq işləri başa vurmaq, xüsusi diqqət tələb edən məsələ ilə məşğul olmaq imkanları var. Fəqət vəcdə gələrək həddən artıq aktivliyə başlamayın. Yeni layihələr, genişmiqyaslı sifarişlər üçün münasib zaman deyil.
Günün ikinci yarısında işgüzar tərəfdaşlarla danışıqları, sövdələşmələri təxirə salın.
Şəxsi münasibətlər müstəvisindəki situasiyadan narazısınızsa, problemi həll etmək üçün ilk addımı atın. Əlaqələr möhkəm deyil, amma vəziyyəti kəskin şəkildə dəyişmək təşəbbüsü ilə çıxış etməyin. Belədə hər şey daha da qarışıq, dolaşıq ola bilər.
Milli.Az
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib