NATO: "Ukraynanın Rusiyadakı hərbi obyektlərə hücumları tamamilə qanunidir" - "Putin öz məqsədlərinə nail ola bilməyəcək"

img

30-12-2022 [10:36]


“Alyans ölkələrinin Ukraynaya silah tədarükü tezliklə atəşkəsə gətirib çıxaracaq".

TASS xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, paradoks kimi səslənsə də, Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur.

Y.Stoltenberqin sözlərinə görə, Moskva başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək.

O, eyni zamanda, Ukrayna ordusunun Rusiyadakı hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab etdiyini açıq şəkildə bildirib: "Hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Eləcə də Ukraynanın”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA