ABŞ-dan baş redaktorun azadlığı üçün çağırış gəldi

img

01-05-2014 [13:06]



Mərkəzi ofisi Nyu-Yorkda yerləşən beynəlxalq təşkilat Jurnalistləri Müdafiə Komitəsi 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar ifadə azadlığına görə həb edilən jurnalistləri azad etəməyə çağırıb. Komitə bununla bağlı simvolik olaraq 10 jurnalistin adını çəkib. Onlar arasında Bəhreyn, Çin, Türkiyə, Özbəkistan, Misir, Eriteria, Efiopiya, İran, Vyetnam və nəhayət Azərbaycandan olan jurnalist, freelancer və redaktorlar var. JMK-nın siyahısında Azərbaycandan olan "Xural” qəzetinin redaktoru Əvəz Zeynallının adı var. Komitə Azərbaycanın mayda Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edəcəyini xatırladır.
ABŞ Dövlət Departametninin gündəlik birinfiqi Azərbaycanda mətbuat azadlıqlarının boğulmasına dair bəyanatla başlayıb.
«Amerikanın Səsi»nin xəbərinə əsasən ilk olaraq Dövlət Departametninin sözçüsü həbs olunmuş «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məsələsinə diqqət çəkib.
"Cənab Zeynallı 2013-cü il, 12 martda rüşvət ittihamları ilə doqquz il həbsə məhkum edilib,” deyə xanım Psaki məlumat verib. ABŞ rəsmisinin sözlərinə görə cənab Zeynallının jurnalist fəaliyyəti hökumət orqanlarında korrupsiyanın ifşa olunmasına, insan haqları və mətbuat azadlığının işıqlandırılmasına yönəlib. Daha sonra Jen Psaki qeyri-hökumət təşkilatlarının cənab Zeynallını "siyasi məhbus” hesab etdiklərini bildirib.
"Biz Azərbaycan hökumətini azad və plüralist mediaya hörmət etməyə və Əvəz Zeyanllını azadlığa buraxmağa səsləyirik,” deyə Dövlət Departametninin sözçüsü bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR