Deputat "Təhsildə hansısa inkişafın şahidi olmadıq" dedi - Spiker belə cavab verdi

img

27-12-2022 [12:43]


"Təklif edirəm ki, növbəti sesiyaya qədər "Təhsil haqqında" qanun yenidən işlənilsin".

Mia.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisdəki çıxışında deyib.

Onun sözlərinə görə, bugünki qanun 15 il müzakirə olunaraq qəbul edilib: "Amma təhsildə hansısa inkişafın şahidi olmadıq. Bu gün "Təhsil haqqında" qanun Azərbaycan təhsilində buxov rolunu oynayır. Kifayət qədər arqument gətirmək olar".

Parlamentin sədri Sahibə Qafarova isə deputata cavab olaraq deyib ki, növbəti sessiyada bu barədə böyük dinləmə keçirilə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq