Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-12-2022 [00:05]
Qoç - günün ilk yarısında həddən artıq ehtiyatlı olun. Mühüm anlaşmanı və ya sənədin imzalanmasını ertələyin. Ən sadə işlər, layihələr adi günlərlə müqayisədə daha çox zəhmət və səy tələb edəcək. Enerji potensialınızın səviyyəsi yüksək deyil.
Günün ikinci yarısında ürək-damar sistemində fəsadları olanların halı pisləşə bilər. Şəxsi münasibətlərdə stabillik pozulacaq. Yaxınlarınızdan birini sakitləşdirməli olacaqsınız.
Axşam saatlarını sakit şəraitdə keçirin.
Buğa - əhvalınız sürətlə dəyişəcək. Uzun müddətdən bəri birlikdə çalışdığınız tərəfdaşla münasibətlərdə sərinlik yarana bilər. Səbəb şəxsi maraqlardır. Səhhətinizə fikir verin. Sükan arxasında ehtiyatlı davranın.
Günün ikinci yarısında tanışlarınızdan birinin avantür ideyasının irrasionallığını anlamağa çalışın. Amma ideya müəllifini dərhal sərt tənqid etməyin, onun absurd təklifini müzakirəyə çıxarmayın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Əkizlər - günün ilk yarısında xoşagəlməz hadisələr yaşana bilər. Bu olaylara layiq olduqlarından artıq önəm verməyin. Saatlar keçdikcə olaylar bir-birlərini əvəzləyəcək. Bundan sonrakı yaşamınıza müəyyən təsir edə biləcək insanla qarşılaşacaqsınız.
Günün ikinci yarısında hiyləgər rəqiblə üzləşmək ehtimalınız var. Amma narahat olmayın: nüfuzlu hami və yaxın dost sizə yardımlar edəcəklər.
Yaxınlarınızla, xüsusilə də ailə üzvlərinizlə münasibətlərinizdə səmimi olun. Axşam saatlarında romantik görüş istisna deyil. Etirafları ertələyin.
Xərçəng - günün ilk yarısında yaşanacaq olaylardan biri tərəfdaş və ya yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizdə son vaxtlar müşahidə edilən problemlərin səbəblərini faş edəcək. Düşünülməmiş sözlər deməyin, tələsik hərəkətlər etməyin. Yeni münaqişənin səbəbkarına çevrilməyin.
Günün ikinci yarısında kiçik hadisələr və mənasız işlər münasibətlərinizi korlaya bilər. Dəyər verdiyiniz insanın qeyri-adekvat davranışı gərginlik yaratmasın. Fəqət bəzilərinin əməlləri sarsaqlıq təsiri bağışlasa da, emosionallıq etməyin.
Şir - günün ilk yarısında emosiyalarınıza hakim olun. Ən sadə, hətta neytral situasiyalarda aqressiv və ya sərt olmayın. Asılı olduğunuz insanla qaba davranmayın. İmkan varsa, uzunmüddətli səfəri təxirə salın. Yolda çox vaxt keçirməyin.
Günün ikinci yarısında səbrli və soyuqqanlı olun. Yaxınlarınızla danışıqlarda amiranə tərzdə ünsiyyət qurmayın. Sərtliyə əl atmayın. İnciklik və kobudluq yalnız çox pis fəsadlar yarada bilər.
Axşam saatlarında normal istirahət edin.
Qız - günün ilk yarısında maliyyə əməliyyatları aparmayın. Pulunuzla risk etməyin. Əks təqdirdə ciddi maliyyə itkiləri verə bilərsiniz. Daşınmaz əmlakla bağlı anlaşma və ya müqavilənin müzakirəsini ertələyin.
Günün ikinci yarısında situasiyaya təsir etmək çətinləşəcək. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalşımayın. Münaqişəli vəziyyətdə diqqətli davranın.
Yaxınlarınızla təmaslarda bədbin davranmayın. Qısqanclıq və ya şübhəyə heç bir səbəb yoxdur. Axşam saatlarına yaxın enerji potensialınızın səviyyəsi çox aşağı düşəcək.
Tərəzi - günün ilk yarısına mühüm işləri planlaşdırıbsınızsa, neqativ emosiyalara qapılmayın. Nikbin olun, fəaliyyət sahənizdə irəliləməyə çalışın. Kommersiya tərəfdaşlarınızdan biri və ya həmkarınızla təmaslarda gərginlik yarana bilər. Texniki avadanlıqla ehtiyatlı davranın. Günün ikinci yarısında sənədləşdirmədə sayıq olun. Biliklərinizi artırın, gərəkli informasiyanı arayın.
Axşam saatlarında şəraiti dəyişmək olar. Sevdiyiniz insanla rahat ortamda istirahət edin. Münasibətlərə dəyər verin.
Əqrəb - günün ilk yarısı məmurlar və ya dövlət orqanlarının mənsubları ilə ünsiyyət üçün əlverişli zaman deyil. Bədbinliyə qapılmayın. Əhvalınız yaxın ətrafınızdakı insanlarla münasibətlərə təsir edəcək. Heç bir əsas olmadan etibarlı tərəfdaşınızdan şübhələnməyin. Günün ikinci yarısında aktiv olun. Səhhətinizə fikir verin.
Dəyər verdiyiniz insanla və yaxınlarınızla mübahisə etməyin. Münaqişə yaratmayın. Enerji potensialınızın səviyyəsinin aşağı düşməsi aqressiv davranışa səbəb olmasın.
Oxatan - maddi rifaha və pula həris olmayın. Sadə, təvazökar davransanız, daha ciddi uğurlar əldə edə bilərsiniz. İnkişafın perspektivlərindən bədgüman olmayın. Bu və digər hadisələrin gerçək mənasını, məğzini və səbəblərini anlamağa çalışın.
Yaxın perspektivlə bağlı planlarınızı günün ikinci yarısında yaxınlarınızla müzakirə edin. Nəzərdən qaçırdığınız mühüm detallardan biri üzə çıxacaq, mübahisə və ya dartışmalara səbəb olacaq.
Münasibətlərin ayırd edilməsi prosesinə yaxınlarınızı qatmayın.
Oğlaq - günün ilk yarısında şəxsi mənafeyi absolyuta çevirməyin. Təşəbbüskar olun, rəqiblərin sizi qabaqlamasına imkan verməyin. Mübahisələrlə münaqişələrdən uzaq durun. Qarşıdurma vəziyyətində ortaq məxrəc tapmağa can atın.
Günün ikinci yarısında işdə rəhbərliklə görüşməyə can atmayın. Mühüm anlaşma və ya önəmli sövdələşmə zamanı deyil.
Yaxınlarınızla təmaslarda gözləmə mövqeyi tutmaqda xeyir var. Dəyər verdiyiniz insanları nə qədər az tənqid etsəniz, irad bildirsəniz, mühit bir o qədər yaxşı olacaq. Axşam saatlarında köhnə inciklikləri gündəmə gətirməyin.
Dolça - ən kiçik məsləhət və ya nəzakətli iraddan inciməyin. Hamının sizə qarşı olduğunu düşünməyin. Ətrafınızda baş verənləri ürəyinizə salmayın. Münasibətlərin aydınlaşdırılmasına başlamayın. Münaqişələrə yol verməyin.
Günün ikinci yarısında maliyyə əməliyyatında sayıq və diqqətli olun. Yaxınlarınızdan belə, şübhələnməyin. Müstəqil işləsəniz, bir qədər tək qalsanız, yaxşıdır. Amma evdən çox uzaqlaşmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - günün ilk yarısında hadisələrin axarını, baş verən olayları obyektiv dəyərləndirin. Hər hadisənin arxasında məkrli rejissorun durduğunu düşünməyin. Bununla belə, sayıqlığı əldən verməyin. Rəqiblərin hazırladığı tora düşməyin.
Günün ikinci yarısında mühüm işi ertələyin. Saatlar keçdikcə bədbinləşmək əvəzinə, yaşamın pozitiv yönlərini qiymətləndirərək əhvalınızı yaxşılaşdırın.
Yaxşı bələd olmadığınız insanlarla ünsiyyətdə etiraflara varmayın.
Sevdiyiniz insanla qayğıkeş, səmimi davranın. Mövqeyinizi ailə üzvlərinə sübut edərək haqlı olduğunuzu göstərməyə çalışmayın.
Milli.Az
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb