Sarkisyan və iki qızı məhkəməyə çağırılıb

img

21-12-2022 [13:04]


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və iki qızı məhkəməyə çağırılıb.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

S.Sarkisyan və qızları qanunsuz əmlak əldə etmək iddiası ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.

Onların məhkəməyə çağırılması tələbini Baş Prokurorluq irəli sürüb.

Məhkəmə prosesi yanvarın 19-da baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA