“Övladlarımızın qanı yerdə qalmamalıdır” - Polkovnikin adının hallandığı qəza ilə bağlı ölkə rəhbərliyinə şikayət olundu (VİDEO)
19-12-2022 [12:58]
2022-ci ilin 8 oktyabr tarixində Sabunçu rayonu ərazisində baş verən qəza nəticəsində həlak olan gənclərin valideynləri ötən həftə Baş Prokurorluğun önündə etiraz aksiyası keçiriblər.
MİA.az “Azad Media”-ya istinadla xəbər verir ki, sözügedən tarixdə baş vermiş qəza nəticəsində 2 gənc həlak olub, bir nəfər isə ağır bədən xəsarətləri alaraq koma vəziyyətinə düşüb.
Həlak olan şəxslərin valideynləri qəzanı törədən şəxsin əvvəllər yüksək vəzifədə olduğunu, bu səbəbdən də işə düzgün baxılmadığını, cinayət materiallarının təhrif olunduğunu bildirirlər. Qəzanı törədən şəxsin sabiq Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyevin qohumu Əliyev Elşən Helmi oğlu olduğu deyilir.
Valideynlərin sözlərinə görə, o, sürət həddini aşaraq qəza törədib, daha sonra isə həmin ərazidən uzaqlaşdırılıb. Həmçinin, cinayət işindəki videomaterialların montaj edilərək, dəyişdirildiyi iddia olunur.
Həlak olan şəxslərin valideynləri Baş Prokuroluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayevlə görüşdüklərini bildirirlər: “Natiq bəy hadisələrin yenidən araşdırılacağına söz verib. Bizim tək istəyimiz övladlarımzın qanının yerdə qalmamasıdır. Bir valdieyn kimi, ölkə rəhbərliyindən, Baş Prokur Kamran Əliyevdən və digər aidiyyatı qurumlardan xahiş edirik ki, bu işə düzgün və obyektiv şəkildə baxılsın”.
Xatırladaq ki, oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda "Range Rover” markalı avtomobillə "KİA” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. Bildirilib ki, hadisə "Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə "KİA”da olan 2 gənc dünyasını dəyişib.
Həmin vaxtı yayılan məlumatla bağlı Qaynarinfo.az-ın verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsində açılan cinayət işinin istintaqından narazı qalan zərərçəkmiş tərəfin vəkili Ramil Rüstəmov bir neçə gün əvvəl sosial şəbəkədə paylaşım edərək hadisədən sonra "Range Rover” markalı avtomobilin sürücüsünün dəyişdirildiyini, maşının nömrəsinin dərhal çıxarılaraq götürüldüyünü iddia edib. O, qəzanı törədən sürücünün yüksək vəzifəli şəxs olduğunu iddia etsə də, həmin şəxsin adını qeyd etməyib.
Səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyi növbəti dəfə açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, faktla bağlı açılmış cinayət işi üzrə istintaq davam edir: "Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-də cinayət işi üzrə üzrə istintaq hərəkətləri aparılır. Bütün kamera görüntüləri müxtəlif ünvanlardan çıxarılaraq cinayət işinə əlavə edilib. Bu barədə zərərçəkmişlər və onların vəkili məlumatlandırılıb. Diqqəti hadisəni törətməyən şəxsin üzərinə yönəldilməsi şəxsi mülahizələrdir, hüquqi əsası yoxdur. Hadisə onlarla şəxsin gözü önündə baş verib. Həmin şəxslərin də şahid kimi ifadələri cinayət işinin materiallarında var”.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzadan sonra açılan cinayət işində və digər məlumatlarda "Range Rover" markalı avtomobilin 1960-cı il təvəllüdlü Beytulla Babayev tərəfindən idarə edildiyi qeyd edilir.
Qeyd edək ki, hadisə nəticəsində "KİA”da olan 2 nəfər gənc: Göygöl sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olublar, digər gənc 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb.
Hadisədən sonra gənclərin öldüyü avtomobildə olan 40 min dollar oğurlanıb. Daha sonra oğurluq etmiş Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə Əliyev Elşən Helmi oğlu adlı şəxs işləmir: "Fövqəladə Hallar Nazirliyinin strukturlarında belə bir şəxs fəaliyyət göstərmir”.
Mia.az
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb