LAÇIN YOLUNDA AKSİYANIN 8-Cİ GÜNÜ: növbəti dəfə dinc ermənilərə müraciət edildi - VİDEO (Yenilənib)
19-12-2022 [23:28]
Xankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvərlik ruhunda mahnılar ifa edirlər.
Məlumata görə, etiraz aksiyasının iştirakçıları olan gənclər tar, kamança, skripka, qarmon və gitara ilə vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ" təsnifi, "Sarı gəlin" və digər mahnılar səsləndirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
***
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Mia.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.
***
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təchizat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Mia.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.
***
Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər.
Mia.az xəbər verir ki, onlar aksiyanın keçirildiyi ərazidən bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların keçidinə şərait yarada biləcəklərini bildirirlər.
Bu, bir daha dinc aksiyanın dinc ermənilərə qarşı yönəlmədiyini sübut edir.
Aksiya hazırda davam edir.
Aksiya iştirakçıları qeyd edirlər ki, bədnam rusiyalı milyarder Ruben Vardanyan onları (dinc erməniləri) buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən saxta məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.
***
Bir qədər əvvəl Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçid ediblər.
Mia.az bildirir ki, aksiya iştirakçıları keçidə tam şərait yaradıblar.
Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək