Hava kəskin dəyişəcək, qar yağacaq

img

19-12-2022 [10:27]


Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dak güclənəcəyi gözlənilir.

Mia.az Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, dekabrın 20-də hava arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-na keçən gecə şimal və dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq ve dağətəyi rayonlarda qar yağacağı, qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə arazisində hava şəraitinin qısa müddətə kəskin intensivləşəcəyi gözlənilir.

Havanın temperaturu: dağlıq və dağətəyi rayonlarda geca 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında ise gece saatlarında 0"-yǝ yaxınlaşacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq