Müsavat Partiyasının mayın 4-nə təyin etdiyi mitinq təxirə salınıb

img

30-04-2014 [14:11]


Müsavat Partiyasının "Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə təyin etdiyi mitinq təxirə salınıb.

Bu barədə apa-ya məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, mitinqin təxirə salınmasına səbəb siyasi təşkilatların müraciəti olub: "Biz mayın 4-də keçiriləcək mitinqlə bağlı bir sıra siyasi təşkilatlara, QHT-lərə çağırış etmişdik. Lakin onlar bizə cavablarında mitinqin vaxtının dəyişdirilməsini, təxirə salınmasını təklif etdilər. Biz də bunu nəzərə aldıq”.

G.Aslanlı qeyd edib ki, mitinq bütün hallarda keçiriləcək, hələlik konkret vaxt müəyyənləşməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA