Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçıları görüşüb - Nələr müzakirə edilib? (FOTOLAR)
13-12-2022 [18:57]
Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin iclasında iştirak edib.
Mia.az XİN-ə istinadla xəbər verir ki, iclasda dekabrın 14-də baş tutacaq Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşündə müxtəlif sahələr üzrə, o cümlədən energetika, ticarət, gömrük, nəqliyyat, təhsil və mədəniyyət sahələri üzrə qəbul olunacaq sənədlər, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov dekabrın 14-də keçiriləcək Azərbaycan-Türkiyə-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün ölkələrimiz arasında üçtərəfli dialoqun inkişafında mühüm rol oynayacağını bildirib. Üç dövlət arasında beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafı məmnunluqla qeyd edilib.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının bölgənin nəqliyyat və tranzit potensialından tam istifadə olunmasına, eyni zamanda Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə töhfə verəcəyinə dair inam ifadə edilib. Bu xüsusda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyi amilinin aktuallığının artmasının ölkələrimiz arasında bu sahədə səylərin gücləndirilməsinin vacibliyinə dəlalət etdiyi bildirilib.
Nazir həmçinin Azərbaycan tərəfindən 30 illik işğalın nəticələrinin aradan qaldırılması, habelə öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz geri qayıdışının təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Bu xüsusda, mina təhlükəsinin regionda aparılan bərpa və quruculuq işlərinə, o cümlədən sülh gündəliyinin irəli aparılmasına ciddi əngəl törətdiyi bildirilib.
Daha sonra digər ölkələrin xarici işlər nazirləri çıxış edərək üçtərəfli tərəfdaşlığın perspektivləri barədə danışıblar.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüşü başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş Türkmənistanın paytaxtı Avazada keçirilir.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək