Hərbi attaşelərlə 2022-ci ilin yekununa dair toplantı keçirilib

img

13-12-2022 [17:44]


Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib.

Mia.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.

Qonaqlar həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR