Müəllimlər Bakı-Quba yolunda qəzaya düşüb, biri ölüb

img

13-12-2022 [12:54]


"Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər".

Mia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov açıqlama verib.

Onun sözərinə görə, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar. Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi adından dünyasını dəyişmiş müəllimimizə Allahdan rəhmət, yaxınlarına səbr, xəsarət alan müəllimlərimizə isə şəfa diləyirik!"


Digər xəbərlər
SON XƏBƏRLƏR