Şok açıqlama: "Zərdüşt Əlizadə, Arzu Abdullayevə, Niyazi Mehdi, Mayis Güləliyev, Seymur Baycan..."

img

30-04-2014 [13:08]


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Hafta.az-a açıqlamasında Rauf Mirqədirovun ermənilərə dövlət sirri ötürməkdə ittiham olunmasından danışıb. 

"Mənim ixtiyarım olsa, bu səfərlərdə iştirak edən hər kəsi cinayət məsuliyyətinə cəlb edərəm”

A.Nağı bildirib ki, Azərbaycanda ermənilərlə işləyən çox adam var: "Bizim bu məsələlərə münasibətimiz birmənalıdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır Ermənistanla və ermənilərlə hər hansı əməkdaşlıq, getmək-gəlmək, təmaslar, səfərlər Azərbaycanın maraqlarına ziddir. Mənim ixtiyarım olsa, bu səfərlərdə iştirak edən hər kəsi cinayət məsuliyyətinə cəlb edərəm. Biz Rauf Mirqədirova, Leyla Yunusa, Zərdüşt Əlizadəyə, Arzu Abdullayevaya da dedik ki, getməyin. Amma bunlar bizi eşitmədi. Çünki xaricdə fəaliyyət göstərən mərkəzlərin pul kisəsindən asılıdırlar. Həyatları ondan asılıdır, əgər həmin adamların sifarişlərini yerinə yetirməsələr, acından ölərlər. Mən onlara deyirəm ki, yaşamaq üçün başqa bir yol tapın”.

"Bu adamlar Qərbin verdiyi pullarla harınlayıblar”


A.Nağı Leyla Yunusun cəzalandırılmasını istəyir: "Leyla Yunusun hərəkətlərini gördüm. Azərbaycan xalqına meydan oxudu. Harınlayıblar bunlar. Leyla polisin papağını götürüb yerə atmaqla, Azərbaycan dövlətçiliyinə tüpürdü. O, ciddi şəkildə cəzalandırılmalıdır. Bu adamlar Qərbin verdiyi pullarla harınlayıblar. Bunlar Azərbaycanın qeyri-rəsmi milyonerləridir”. 

"Fransa hökuməti qarşısında Azərbaycan tələb qoymalıdır ki, bu nə deməkdir?!”

QAT sədri Fransa dövləti qarşısında tələb qoyulmasını zəruri hesab edir: "İllərlə adamlar gözləyir, amma Fransaya, Amerikaya səfər edə bilmir. Bunlar isə 2 saat ərzində 5 illik viza aldılar. Fransa hökuməti qarşısında Azərbaycan tələb qoymalıdır ki, bu nə deməkdir?! Bizim dövlətimizə qarşı xüsusi adamlar hazırlayıblar və bu şəkildə müdafiə edirlər. Bunların hamısı xarici kəşfiyyatların birbaşa qulluğunda dururlar. Onların fəaliyyətini məhdudlaşdırmaq üçün Azərbaycan heç kimdən çəkinməməlidir, nə Fransa, nə də Amerikadan. Hamısına tüpürməlidir. Mən Azərbaycanın maraqları ortada olanda əsəbiləşirəm. Leyla dünən həbsdən buraxılmamalı idi. İfadə verdikdən sonra cinayət məsuliyyətinə cəlb edilməli idi. Bu hadisə bir daha göstərdi ki, heç bir güzəşt olmamalıdır. Azərbaycanın milli maraqları əsas götürülməlidir”.

"Rauf Mirqədirov onların içərisində ən balacasıdır”

Akif Nağı daha bir neçə şəxsin həbs edilməli olduğunu bildirib: "Həddindən artıq çoxdur. Rauf Mirqədirov onların içərisində ən balacasıdır. Raufun dövlət sirrini ermənilərə ötürdüyünə o qədər də inanmıram. Amma faktı bilmirik ki, günahı var, ya yox. Zərdüşt Əlizadə, Arzu Abdullayevə, Niyazi Mehdi, Mayis Güləliyev, Hamis Məsimov, Seymur Baycan və s. bu kimi həşəratlar həbs olunmalıdır”.

"Mənim kitabxanamda erməni müəlliflərinin kitabları var”

A.Nağı xarici kəşfiyyata işlədiyini iddia etdiyi şəxslərin onun kitabını oxumasına da münasibət bildirib: "Stalin öləndə onun kitabxanasından Hitlerin kitabını tapıblar. Ən qatı düşmənlər də bir-birinin kitablarını oxuyurlar. QAT-ın nəşr etdirdiyi kitabları ermənilərin kitabxanasından da tapa bilərsiniz. Biz rus, ingilis, Türkiyə türkcəsi və gürcü dilində kitablar buraxırıq. Bircə erməni dilində kitab nəşr etdirmirik. Mənim kitabxanamda da erməni müəlliflərin kitabları var”.

Qeyd edək ki, Leyla Yunusun ofisində axtarış zamanı QAT sədri Akif Nağı tərəfindən nəşr olunmuş kitab, həyat yoldaşı Arif Yunusun 8 kitabı və 1994-cü ildə çap edilmiş erməni dilində bir kitab müsadirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA