Şirvan şəhərində Heydər Əliyevin xatirəsi ehtiramla anılıb - FOTO (Yenilənib)
12-12-2022 [17:20]
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə Şirvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri gün ərzində şəhərin mərkəzi meydanınında ucalan Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər
Mia.az xəbər verir ki, abidə ziyarət olunduqdan sonra iştirakçılar Heydər Əliyev mərkəzində Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşlarının Ümummili liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
***
Bu gün xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində əvəzedilməz xidmətləri ilə əbədiyaşarlıq qazanmış Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür.
Mia.az xəbər verir ki, anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri Ulu öndərin Heydər Əliyev Meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yolunu, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin irsi, çoxşaxəli fəaliyyətindən bəhs edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Qeyd edib ki, ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin tarix və xalq qarşısında gördüyü işlərin içərisində ən misilsiz xidməti məhz dövlətçiliyin sarsılmaz əsaslarının formalaşdırılmasıdır.
Ümummilli liderin Azərbaycan tarixinə təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi həkk olunduğunu vurğulayan Şəhər İcra Hakimiyyətinin başçısı Ulu öndərin respublikaya rəhbərliyi dövründə ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirdiyini, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin iqtisadi, siyasi və hüquqi əsaslarını yaratdığını bildirib. Böyük dühanın xilaskarlıq missiyasından danışan natiq 1993-cü ildə ölkəmizin ən ağır zamanlarında xalqın təkidi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı, məhz bu böyük qayıdışdan sonra Azərbaycanın sabitlik və inkişaf dövrünə qədəm qoyduğunu söyləyib. Vurğulayıb ki, həmin dövrlərdə Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması və qəbul edilməsi, dövlətçiliyin əsaslarının qoyulması kimi ciddi islahatların aparılması ilə ölkəmiz qısa müddətdə beynəlxalq aləmdə də öz möhkəm və sarsılmaz yerini bərqərar edə bilib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən İlqar Abbasov işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandğı şanlı zəfəri ilə başa çatdırıldığını deyib.
Tədbirdə çıxış edən Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Vətən müharibəsinin şəhidi Zeynal Zülfüqarlının atası Alim Zülfüqarov Ulu öndər Heydər Əliyevin Şirvan şəhərinə göstərdiyi diqqət və qayğıdan, şirvanlıların da həmişə Ulu öndər Heydər Əliyevə böyük dəstək göstərdiklərindən söz açıblar. Ümumilli liderin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından, xalqımız, dövlətimiz qarşısında tarixi xidmətləri barədə danışıblar.
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"