Rəis jurnalisti “razborkaya” çağırdı – Qalmaqal
30-04-2014 [12:10]
İki gün öncə Ağsu rayonu Heydər Əliyev küçəsi 79 ünvanında yaşayan Siyavuş Zabit oğlu Əfəndiyev AzNews.az-a müraciət edərək rayon qaz istismar idarəsinin rəisi Xəyyam Allahverdiyevdən şikayətçi olduğun bildirmişdi.
Zabit Əfəndiyev bu gün yenidən redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, məsələ ictimailəşdirildikdən sonra rayon qaz idarəsinin rəisi Xəyyam Allahverdiyev ona təzyiq etməyə başlayıb:"Mənə qaz idarəsinin ayrı-ayrı işçiləri tərəfindən xəbər göndərir ki, sən kimsən məndən şikayət eləmisən. Dünən də özü zəng vurub "sən kartof-soğan satan adamsan mənimlə bacarmazsan” – deyir. Məni tutduracağı ilə hədələyir. Son ümid yeri kimi sizi bilib müraciət edirəm. Hazırda 154 manat borc yazıldığına görə evimizə qaz gəlmir. Xahiş edirəm aidiyyəti qurumlar bu məsələni araşdırıb doğru qərar versinlər”.
Qeyd edək ki, Z.Əfəndiyev redaksiyamıza müraciətində bildirmişdi ki, 3 ildir smart tipli qaz sayğacından istifadə etməsinə baxmayaraq, bu ilin mart ayında ona Ağsu qaz idarəsi tərəfindən 154 manat borcunun olmasıyla bağlı bildiriş gəlib.
Məsələ ilə bağlı rayon qaz idarəsini rəisi Xəyyam Allahverdiyevlə də əlaqə saxladıq. Amma deyəsən rəis bizim Siyavuş Əfəndiyev olduğumuzu düşünmüşdü. Elə bizlə də "borclu” abunəçiləri ilə danışdığı tərzdə danışırdı:
- Siz də deyəsən qoşulmusunuz ona. Mən də deyirəm ki, siz Bakıda kimisə döymüsünüz...
- Xəyyam müəllim, sizə dediklərim mənim yox, şikayətçinin fikridir.
- Kişidirsə gəlsin deyim.
- Bəs bu borc hardan yaranıb?
- Prezidentin fərmanı ilə onun 46 manat debütor borcu silinib. O kütləvi surətdə qaz pulu ödəməyən vətəndaşdır. 2009-cu ildə cənab prezident ölkə vətəndaşlarının qaza olan 326 milyon borcunu ödəyəndə onun da 46 manatı silinib. Ondan sonra ödəniş etməyib və 156 manat debütor borcu qalıb. Bu 156 manat 2009-cu ilin son üç ayının və 2010-cu ili əhatə edir. Deyirəm ki, çekləri gətir, gətirmir.
- Siz dünən ona zəng vurmusunuz?
- O kimdir ki, mən ona zəng edim? O nəsli də Ağsuda yaxşı tanıyırlar, məni də. Onun dədəsini də, qardaşını da, özünü də yaxşı tanıyırlar. Hamısı da prinsipiallığımı bilir. Bu adam deyir ki, mən o pulu ödəməyəcəyəm. ARDNŞ da deyir ki, vətəndaşın qaz idarəsinə olan borcu ödənməlidir. Burda nə var ki? Mən ona hiss-hissə ödəniş etməyi də təklif etmişəm.
- Siz ona demisiniz ki, 50 manat gətirin məsələni həll edim?
- Sən hansı institutu bitirmisən? Sizin adınız nədir? Mənim adım Xəyyamdır. Cürətin çatır gəl yaxından danışaq...
- Mən əvvəldə özümü təqdim elədim.
- Mən kiməm ki?
-Xahiş edirəm belə aqressiv danışmayın, siz o boyda idarəyə rəhbərlik edən adamsız. Mən sizə vətəndaşın dediklərini çatıdırıram. Əgər vətəndaş səhv danışırsa, deyin səhvdir... Bizdə səhv məlumatı yayınlamayaq.
- Mən onu yaxşı tanıyıram, dəfələrlə bir yerdə oturub çörək yemişəm. Ali təhsili adamdır. Mən onu başa salmışam ki, bu sənin real borcundur. Əgər ali təhsillini başa sala bilmiriksə, savadsız adamı necə başa salaq? Ən axırda demişəm ki, 30 manat ödəniş elə, sonra aybaay 10 manat ödəyərsən. "Azəriqaz”da da görsünlər ki, debütor borc ödənilir, bizi incitməsinlər. İcra başçısını qəbulunda olub. Ona deyilib ki, get ver məhkəməyə.
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib