“Azercell” müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz artıb - Müxtəlif regionlarda 57 yeni baza stansiyası quraşdırılıb
09-12-2022 [14:07]
Bu ilin avqust ayında şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə genişmiqyaslı layihəyə start verən “Azercell Telecom” MMC bu istiqamətdə aparılan işləri davam etdirir.
Mia.az xəbər verir ki, layihənin növbəti mərhələsini uğurla başa vuran şirkət Bakı və Abşeron ərazisində 38, bölgələrdə isə 19 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 900-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb.
Yeni quraşdırılan baza stansiyalar Göycay, Astara, Ağdaş, Qusar, Yardımlı, Kürdəmir, İsmayıllı, Şəki, Şabran və Qəbələ zonalarını əhatə edib. Görülən tədbirlərin və şəbəkə tutumunun artması nəticəsində cari ilin üçüncü kvartalında ötən ilin müvafiq dövrü ilə müqayisədə internet trafikinin həcmində 30% artım müşahidə edilib.
İşğaldan azad olunmuş torpaqlarda da keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini prioritet hesab edən “Azercell” bu ərazilərdə 3 yeni baza stansiyasını təqdim edib, 60-a yaxın baza stansiyasında təkmilləşdirmə işləri aparıb.
Hazırda işğaldan azad olunmuş Qarabağda “Azercell”in 90-dan çox baza stansiyası fəaliyyət göstərir, “Azercell” şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir.
Paralel olaraq, “Azercell” Qarabağda ətraf mühitin qorunması maqsədilə “yaşıl” texnologiyaların tətbiqinə davam edir və 2023-cü ilin sonunadək bu ərazilərdə günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istismara verməyi planlaşdırır. “Yaşıl” stansiyalardan ikisi artıq Qubadlı və Cəbrayılda istifadəyə verilib.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb