30-04-2014 [11:53]
Müasir dövrdə hər bir demokratik dövlətin xarici siyasəti rəsmi və qeyri-rəsmi institutların, vətəndaş cəmiyyəti təsisatlarının tələb və istəklərinin sintezi nəticəsində formalaşmış ümumi rəyə əsaslanır. Milli maraqları ifadə edən bu ümumi rəyin ardıcıl və davamlı fəaliyyət proqramına çevrilməsi, milli səviyyədə gerçəkləşdirilməsi və koordinasiyasını isə dövlət həyata keçirir.
1993-cü ildən yeni formalaşmağa başlayan Azərbaycanın müstəqil xarici siyasəti, ilk növbədə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, yeni dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə ölkənin fəal iştirakının təmin edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Avropa və Transatlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Əsas prioritet istiqamət isə hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdılması faktlarını özündə cəmləşdirən Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkənin təhlükəsizlik mühitinin əsas təyinedici amili oldu və bu da öz növbəsində Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında əsas rol oynadı.
1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Özünün zəngin təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyev bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra ən mühüm təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoymuşdu.
Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi.Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edirdi.Vaxtilə dünya siyasətindən demək olar ki, təcrid olunmuş, informasiya blokadasında sıxılan, haqqı tapdandığı halda erməni təbliğatı sayəsində üstəlik dünya birliyinin də qınağına tuş gələn, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən "Azadlığı dəstək aktı”na 907-ci düzəliş” deyilən ədalətsiz sənədlə ayrı-seçkiliyə məruz qalan Azərbaycan yalnız Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarınölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətini kökündən dəyişdirməyə nail ola bildi.
Münaqişənin həlli istiqamətində ən mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu. 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində ATƏT-in və digər vasitəçilərin səyləri ilə aparılan danışıqlar nəticəsində 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edildi. 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı.
Əminliklə söyləmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində vaxt Azərbaycanın xeyrinə işləyir. Ölkəmiz ildən-ilə güclənir, beynəlxalq mövqelərini möhkəmləndirir və bütün bunlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına olan ümidləri artırır.Təhlillər göstərir ki, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında müvafiq qətnamələrinin mövcudluğu, Avropa Şurası və ATƏT-in qəbul etdiyi bir sıra qərarlarda Ermənistanıntəcavüzkar dövlət olduğunun təsbit edilməsi, Prezident İlham Əliyevin hücumçu diplomatiyasının uğurlu nəticələri, informasiya müharibəsində münaqişə barədə erməni tərəfin dünyada yaydığı dezinformasiyanın getdikcə ifşa olunması, Azərbaycanın iqtisadi-hərbi baxımdan güclənməsi,nəhayət, münaqişənin digər vasitələrlə həlli hüququnun ölkəmizdə qalması problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına ciddi əsaslar verir.
Avratlantik strukturlara inteqrasiya istiqamətində Azərbaycan çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirir, Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Belə ki, ölkəmiz 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ilk dövlətlərdən olmuş və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir. Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının" (İPAP) birinci mərhələsini uğurla başa vurmuş və ikinci mərhələnin icrasına başlamışdır.
Ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan "Avropa Qonşuluq Siyasətinə" qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə İttifaqın "Şərq tərəfdaşlığı" proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Xarici siyasət sahəsində neft amilindən bacarıqla istifadə edən ulu öndərimiz Heydər Əliyev neft müqavilələri bağlanması məsələsini nəzarətə aldı, danışıqlara şəxsən nəzarət etdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı. Beləliklə, "Əsrin müqaviləsi” ilə ulu öndərimiz H.Əliyev rəhbərliyi altında imzalanmış və sərmayə qoyulmuş 60 mlrd. ABŞ dolları həcmində olan 19 müqavilənin başlanğıcı qoyulmuş oldu.
Cənubi Qafqaz regionu üzərindən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bu mənada, Azərbaycan "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək Yolu”nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq normaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində də mühüm işlər görmüşdür. Xüsusən BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT, MDB, İslam dünyası ölkələrini birləşdirən İKT, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, məhəlli təşkilatlarla sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları və vasitələri müəyyənləşdirilmiş və həyata keçirilmişdir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət ölkəmizin regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırmışdır. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına davam etdirən cənab İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir.
Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".
Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, bu gün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.
Sərxanbəy Xuduyev,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
Çində daha bir virus yayılıb - 10 minə yaxın yoluxma var
Çempionlar Liqası: "Qarabağ" səfərdə qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DİN və FHN əhaliyə birgə çağırış edib - VİDEO
Zakir Həsənovun müşavirinə general rütbəsi verilib
Tacikistan vətəndaşı Azərbaycanda saxlanılıb
Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb
Qəzzada daha 8 fələstinli acından ölüb
İranın 20 vilayətində iş dayandırılıb
Tələbə köçürülməsi barədə açıqlama - Bildiriş göndərilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ruben Vardanyanın cinayət işi - Məhkəmə iclası
Hindistanda torpaq sürüşməsi: 50-dən çox insan yoxa çıxıb
Prezident "Azərişıq" ASC-yə tapşırıq verdi - Sərəncam
BU QHT-LƏR CƏRİMƏLƏNƏCƏK - Məbləğlər
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
Yazıçı Anar: "Günahım yoxdur. ona görə də əl uzatmıram”
Mətbuat katibi vəzifədən azad olunub
Rusiyanın neft və təbii qaz gəlirləri azaldı - 9.8 milyard dollar
Müdafiə naziri mətbuat katibini təltif edib - FOTO
İranlı hücumçu "Beşiktaş"a transfer ola bilər
Sabahın hava proqnozu açıqlandı
Hasan Can Kaya bu telekanaldan getdi: "Xəbər doğrudur"
Konqresmen: "Tezliklə Azərbaycan və Ermənistan..." - FOTO
BAKIDA HAVADAN BƏZƏN NİYƏ PİS İY GƏLİR? - Araşdırma + VİDEO
Patrik Şik "Bayer Leverkuzen"lə müqaviləsini uzadıb
"Trabzonspor" Andre Almeyda ilə maraqlanır
Ağcabədidə 3 nəfər tutulub
Xocalıda yanğın törədən şəxs saxlanılıb
Los-Ancelesdə şənliyə hücum olub - 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Əli Əsədov məşvərət görüşünə hazırlıq iclasında iştirak edib - FOTO
Joao Palhinya "Tottenhem"ə keçdi
39 yaşlı qadın ərini öldürdü - Bakıda
Türkiyədə işiləri daşıyan mikroavtobus uçruma yuvarlanıb - Ölən və yaralananlar var
Meksikada 32 nəfərin doğranmış cəsədi tapılıb
"Sivasspor" 26 yaşındaki müdafiəçini heyətinə qatdı
Ədəbi taleyimizin əbədiyaşar siması – ELÇİN
Kamran Nəbizadə vəzifəyə təyin edilib
Türkiyədə aşan yük maşınında sürücü diri-diri yanıb - FOTO
Azərbaycan nefti ucuzlaşıb
İranda zəlzələ baş verib - 5,4 bal gücündə