Bu gömrük idarələri ləğv olunub - Yeni əməliyyat və İstintaq İdarəsi yaradılıb

img

09-12-2022 [09:23]


"Naxçıvan Gömrük Baş İdarəsində islahatlar davam edir".

Mia.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz sosial şəbəkədəki hesabında paylaşım edib.

O bildirib ki, maliyyə sahəsində "insan amili" sıfırlanır: "Culfa, Şahtaxtı və Sədərək gömrük idarələri ləğv olunub, yerinə gömrük postları yaradılıb. Bundan əlavə Naxçıvan Hava Limanı gömrük postu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə, yəni Bakıya birləşdirilib. Digər gömrük postları isə Azərbaycan DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinə tabe etdirilib. Naxçıvan şəhər Gömrük İdarəsi ləğv olunaraq, yerinə Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsi yaradılıb.

Ən mühüm islahatlar isə maliyyə ödəmələrində aparılıb. Əvvəl bu işə Naxçıvan MR Gömrük idarələrinin maliyyə rəisləri baxırdılarsa, bu gündən etibarən postlarda ödəmə terminalları qoyulacaq və bu işdə insan amili aradan qaldırılacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR