SABİQ NAZİRİN MƏHKƏMƏSİNDƏ KEÇMİŞ DEPUTATIN ADI HALLANDI: "Evlərin satışına o və qardaşı baxırdı..."
05-12-2022 [18:18]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az xəbər veriur ki, bugünkü iclasda nazirliyin daxili nəzarət şöbəsinin keçmiş müdir müavini Nizami Xanlarov şahid qismində ifadə verib.
O bildirib ki, işlədiyi müddət ərzində hər il plan üzrə nazirliyin şöbə və müəssisəllərində yoxlamalar aparılıb: "İdarə və müəssisələrdə aşkar olunan nöqsanlara görə protokollar tərtib olunurdu. Nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri özləri mənə müraciət edərək nöqsanların aradan qaldırılması üçün pul təklif edirdilər. Mən də aldığım həmin pulları şöbəmizin keçmiş müdiri Soltan Hacıyevə onun otağında vermişəm".
Sullara cavab verən şahidin sğzlərinə görə, tərəflərdən kiminsə pulunu geri qaytarılması halları baş verməyib: "Kimdən nə qədər pul alınıb, ümumi məbləğ nə qədər də olması barədə yadımda heç nə qalmayıb. Nazirlikdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb".
N.Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib, orada alınan rüşvətlə bağlı göstəridkləri düzgün yazıldığını deyibb.
Daha sonra şahid qismində ifadə verən Rasim Qocayev dindirilib. O, tikinti şirkətində kommunal xidmətlər üzrə rəhbər olduğunu qeyd edib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə ev tikilməsi üçün 4 milyon 577 min manat pul bizim şirkətin balansına köçürülüb. Mənzillərin satılması işinə daha çox keçmiş deputat Rafael Cəbrayılov və qardaşı Elşən Cəbrayılov nəzarət edirdi".
Prosesdə şahid qismində Namiq Məmmədov da ifadə verib. O bildirib ki, rəhbəri olduğu şirkət tenderin qalibi olub, daha sonra tikinti işlərinə başlayıb: "Ağstafa, Kürdəmir rayonlarında 22 evin tikintisinə nəzarət etmişəm".
Şahid Şakir İsmayılov qeyd edib ki, tikilən 5 evə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Əzizova onun otağında 5 min manat pul verib.
Şahid Namiq Şəmiyevin sözlərinə görə, qardaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə müdir müavini işləyib. O söyləyib ki, nazirliyin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyev qardaşından 115 min manat alıb:
"Qardaşım ilk dəfə Əjdər Cəbiyevə 40 min manatı mən olmadan verib. Daha sonra 40 min və 35 min manatı mənimlə bir yerdə təqdim etdi. Qardaşım borca düşdü. Bundan sonra pis xəstəlik tapdı və dünyasını dəyişdi. Mən Səlim Müslümovun yanına şikayətə getmək istəyəndə Əjdər dedi ki, narahat olmayın pulunuzu qaytaracam".
Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.
Xatırladaq ki, şahid N.Xanlarovun Xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumu olduğu bildirilir.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"