Fransa səfirliyi Leyla Yunusa verilən şübhəli viza haqda açıqlama verdi - Müəmma

img

29-04-2014 [22:14]



Fransanın Azərbaycandakı səfirliyi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa və onun həyat yoldaşı, politoloq Arif Yunusa 5 illik viza verdiyini təsdiqləyib. Səfirliyin mətbuat katibi Cəmilə Axundova "Media forum” saytına deyib ki, səfirlik vizanı Leyla Yunusa və Arif Yunusa aprelin 28-də verib.

Mətbuat katibi vizanın növünə aydınlıq gətirməkdən imtina edib, eyni zamanda vizanın hansı prosedurlarla verildiyini açıqlamayıb.

Cəmilə Axundova aprelin 28-də Fransa səfirliyi əməkdaşlarının Leyla Yunusla Arif Yunusu xaricə yola salmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna getdiyini də təsdiqləyib: "Amma bunun səbəbləri haqda məlumatım yoxdur”.

Leyla və Arif Yunus aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında, Qətərin paytaxtı Dohaya gedərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib.

Aprelin 29-da Leyla Yunus hazırda həbsdə olan, dövlətə xəyanətdə şübhəli bilinən jurnalist Rauf Mirqədirovun işi üzrə Baş Prokurorluğun ağır cinayətləri araşdıran istintaq idarəsində dindirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA