“Leyla Yunus onların agenturaları üçün ən əlverişli adamdır” - İTTİHAM

img

29-04-2014 [17:41]



"Leyla Yunus bütövlükdə xarici təşkilatların Azərbaycanda olan qeyri-rəsmi nümayəndəsidir. Eyni zamanda onu da bilirik ki, bu qadın milliyətcə ermənidir”.

Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun əri Arif Yunusla Fransa və ABŞ səfirliklərinin köməyi ilə Azərbaycandan qaçmaq cəhdinə münasibət bildirərkən deyib.

MMP sədri bildirib ki, bu gün ölkədə qarışıqlıq yaratmaq istəyənlərin başında, məhz Leyla Yunus və Arif Yunus dayanıb: "Ona görə də Azərbaycanda baş verən bütün neqativ proseslərdə ən başda dayananlardan biri də, məhz Leyla Yunusdur. Yəni bu, hər kəs üçün bəlli olan məsələdir”.

Hafiz Hacıyev daha öncəki illəri də xatırladaraq bildirib ki, vaxtilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması prosesində Leyla Yunus bir nömrəli səbəbkarlardan olub: "Yadınıza gəlirsə, bizim hakimiyyətimiz dövründə (AXC-Müsavat iqtidarı-red.) bu qadın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyıb. Bizə o da bəllidir ki, mətbuat xidmətinin rəhbəri kimi, Leyla Yunus həmin dövrlərdə Nazirliyə məxsus məxfi materialları erməni kəşfiyyat orqanlarına ötürürdü. Hətta bunun üstü açılmışdı və müvafiq dövlət qurumları bundan xəbərdar idi.

Eləcə də Sumqayıt hadisələri dövründə Leyla Yunus maska geyilmiş şəkildə proseslərdə yaxından iştirak etmiş, araqarışdıranlardan biri olmuşdu”.

Leyla Yunusun hazırkı məsələdə saldığı səs-küyün məhz xarici siyasi dairələrin, Azərbaycanın inkişafını, tərəqqisini gözügötürməyən tərəflərin verdiyi siyasi sifariş olduğunu deyən MMP sədrinin fikrincə, müəyyən dövlətlər var ki, onların içində Azərbaycanı istəməyən qüvvələr var və Leyla Yunus kimiləri həmin qüvvələrlə iş birliyindədir. Leyla Yunus isə onların agenturaları üçün ən əlverişli adamdır: "Əgər Leyla Yunusun evi sona qədər yoxlanılsaydı, şübhəsiz ki, oradan kifayət qədər məlumatlar çıxardı. Bu səbəbdən də o, hüquq-mühafizə orqanları qarşısında şou sərgiləyərək, onlara müqavimət göstərib. Onun xarici səfirliklərin dəstəyi ilə Azərbaycandan qaçmaq cəhdi də sübut edir ki, artıq Leyla Yunusun bütün kartları açılıb.

Digər tərəfdən, onun arxasında dayanan xarici səfirlik nümayəndələri, diplomatları, konqresmenləri də bilməlidirlər ki, Azərbaycanın daxili işlərinə qarşmağa heç kimin haqqı yoxdur. Hər kəs, ölkəmizdə olan Fransa, ABŞ kimi ölkələrin səfirlikləri də bilməlidir ki, biz, onların və erməni agenturasının buradakı təmsilçisinin başını heç də sığallayası deyilik. Ona görə də mən bir partiya sədri kimi tələb edirəm ki, Leyla Yunus, Arif Yunus, həmçinin onlara qahmar çıxaraq mələk cildinə girən Əli Kərimli kimiləri həbs edilməli və Azərbaycandan deportasiya olunmalıdırlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA