Cəmil Həsənlidən İsa Qəmbərin mitinq təklifinə münasibət

img

29-04-2014 [16:03]


Müsavat Partiyasının sədri İsa Qəmbər mitinq keçirmək barədə təkliflə çıxış edib. İ.Qəmbər bildirib ki, əgər digər qüvvələr də bu haqda düşünsələr və mövqelərini ifadə etsələr, böyük bir mitinq keçirmək olar.

Milli Şura sədri Cəmil Həsənli Hafta.az-a açıqlamasında MŞ-nın mitinq haqda mövqeyini açıqlayıb: "Biz Koordinasiya Mərkəzinin iclasında bu məsələni dəyərləndirəcəyik. İclası sabah keçirməyi planlaşdırmışdıq. Bizim iclas Leyla Yunusun ofisində olmalı idi. Onun hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanması ilə bağlı fərqli bir situasiya yarandı. Hər halda biz hansısa formada münasibət bildirəcəyik”.

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı Hafta.az-a açıqlamasında mitinq keçirmək barədə qərarın qəti olduğunu bildirdi: "Partiyada bu barədə müzakirələr davam edir. Hələ konkret tarix müəyyənləşdirməkdə çətinlik çəkirik. Mitinq növbəti həftədə olmaya da bilər. Mitinq olacaq. Amma gün məsələsi dəqiqləşdirilməyib. Tələb əsasən həbs olunan siyasilərin azadlığa buraxılması olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA