İranın Azərbaycanda səfirliyinin ikinci katibi Bakıda əyləncə mərkəzində ağır yaralanıb

İranın Azərbaycanda səfirliyinin ikinci katibi Bakıda əyləncə mərkəzində ağır yaralanıb

CƏMİYYƏT

27.11.2022, 14:39

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.

Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR