Müsavatla Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməsi təxirə salınıb

img

29-04-2014 [14:33]


Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
Bu barədə APA-ya məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, hazırlıq iclası bu günə təyin olunsa da, BŞİH nümayəndəsi məhkəməyə gəlmədiyi üçün proses təxirə salınaraq, mayın 12-nə təyin olunub.
Xatırladaq ki, Müsavat Partiyası qurultay keçirmək məqsədilə yer ayrılması üçün müraciəti cavabsız qaldığını əsas gətirərək, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA