Yadigar Sadıqovun məhkəməsi təxirə salındı

img

29-04-2014 [12:06]


Yadigar Sadıqovun Şirvan şəhər Apelyasiya Məhkəməsində keçirilməli olan məhkəməsi təxirə salınıb. Bu barədə musavat.com-a hazırda Şirvanda olan əməkdaşımız Emil Salamoğlu xəbər verib.
Onun sözlərinə görə, məhkəmənin təxirə salınmasının səbəbi zərərçəkən tərəfin məhkəməyə gəlməməsidir. Buna görə də hakimİsmayıl Əhmədovməhkəməni may ayının 20-nə təyin edib.

Reportyorumuz xəbər verir ki, Y.Sadıqovun məhkəməsində iştirak etmək üçün Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, habelə "Real" hərəkatının təmsilçiləri Şirvana gediblər.

Qeyd edək ki,Y.Sadıqov Qarabağ əlili olduğu deyilən, amma sonradan narkoman olduğu üzə çıxan Lənkəran sakini Rəşid Kərimov adlı şəxsi döyməkdə ittiham olunub. Guya müsavatçı onu əlindəki mobil telefonu ilə vurub, xəsarət yetirib. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində 6 illik həbs cəzası çıxarılıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həbsi siyasi motivlərlə əlaqələndirir.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı öyrədilmiş adamların hücum etməsindən sonra Y.Sadıqova qarşı təzyiqlər başladı. Eyni zamanda jurnalist kimi tənqidi yazılarla çıxış etməsi, Lənkərandakı qanunsuzluqlar haqda yazması onu hədəfə çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA