YAP: “Leyla Yunus əsas var ki, saxlanılıb”

img

29-04-2014 [11:07]


"Leyla Yunus və Arif Yunus hansısa əsas var ki, saxlanılıblar”. Bunu AzVisiona.z-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun saxlanmasına münasibət bildirərkən deyib.

YAP rəsmisi vurğualyıb ki, aiddiyyatı orqanlar bu barədə özü açıqlama verəcək: "Buna mən nə münasibət bildirə bilərəm? Hüquq-mühafizə orqanları saxlayıb, deməli açıqlama verəcəklər. Leyla Yunus və Arif Yunus əsas var ki, saxlanılıblar”.

Qeyd edək ki, Leyla və Arif Yunus bu gün gecə saatlarında Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıblar. Onların evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Qeyd edilib ki, Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA