Hafiz Hacıyev fəal qadınları mükafatlandırdı - HESABAT (SİYAHI)

img

28-04-2014 [15:35]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında İdarə Heyətinin toplantısı keçirilib.Toplantıda gündəlikdə duran əsas məsələ partiyada idealoji işlərin səviyyəsi və verilən tapşırıqların yerinə yetirilməsinin hesabatı olub.

Pariyanın mətbuat xidmətindən Mia.az-a daxil ona məlumata görə, ilk öncə dünyada və ölkədə baş verən hadisələr müzakir olunub, hadisələrə siyasi qiymət verilib. Bundan sonra İdarə Heyəti son 1 ildə MMP-nin hədəflərinə tam şəkildə nail olması üçün çox gərgin iş sistemi ilə, yorulmadan çalışın insanlara öz minnətdarlığını bildirib və İdealoji məsələlər üzrə müavinin hesabatı dinlənilib.

Hesabatdan aydın olub ki, prezident seçkiləri ərafəsində idialoji işini daha da aktivləşdirən partiya seçkidə bu sahənin kuliminasiya noqtəsinə çatıb. Düzgün arintirovka, düzgün strategiya və düzgün zaman seçimi partiyanın digər siyasi partiyalardan fərqli, həmçinin üstün idialogiya sərgiləməsinə səbəb olub. İnformasiya qıtlığı çəkməyən, daima gündəmdə qalmağı bacaran və bu işdə xüsusi fəallıq göstərən partiya funksionerlərinə partiya rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

Bundan sonra son toplantılarda qadınlardan ibarət yaradılmış Təşkilat Komitəsinə verilmiş tapşırıqların yerinə yetirilməsinin hesabatı dinlənilib.

Qeyd edək ki, həmin TK-nə cəmiyyət arasında dövlətə xəyanətdə adları hallanan və illərdir xalqın canına zəli kimi yapışan bir qrup siyasətbazların, başda Qəmbərov İsa, Kərimov Əli, Cəmil Həsənli olmaqla, xalqı aldatmaları haqda ictimai və kütləvi yerlərdə adıçəkilən dırnaqarası siyasətçilərin xalqa və dövlətə etdikləri xəyanətləri geniş və açıq şəkildə təbliğ etdiklərinə görə partiyanın daxilində yaradılmış təbliğat-təşviqat qrupunun üzvlərinə pul və qiymətli əşyalar hədiyyə edilmişdir.

Mükafata layiq görülən qadınlar Kərimova Lalə Əli qızı, İbrahimova Sahilə İbad qızı, Əkbərova Şövkət Tağı qızı, Salayeva Maral Salman qızı, Qubadov Gülnarə Əsəd qızı onların işinə verilən bu qiymətə görə partiya rəhbərliyinə təşəkkür edərək, daha fəal olacaqlarına söz veriblər.

Bununla da toplantı öz işini başa çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA