Əli Məsimli bahalaşmadan danışdı: "Maaş, müavinət artacaq xəbəri çıxan kimi qiymətlər daha sürətlə artır"

img

17-11-2022 [14:40]


"Büdcədə sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artıb".

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib.

O əlavə edib ki, əməkhaqqı, müavinət artacaq xəbəri çıxanın səhəri günü qiymətlər daha sürətlə artır: "Süni qiymət artımı görürük. Buna görə də büdcədə bu istiqamətə nəzərdə tutulan vəsaitin inflyasiyanı üstələməsi lazımdır. Xüsusilə monopoliyada olan inflyasiyanın yerinə bu artımlar 2023-cü ilin büdcəsində ciddi artım tədbirlərinin həyata keçirilməsi vacibdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA