28-04-2014 [11:56]
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli ƏliyevAzərbaycan Respublikasının prezidenti İlham Əliyevə açıq məktub yazıb. MİA-ya daxil olan məktubu olduğu kimi təqdim edirik.
Hörmətli cənab Prezident!
Son günlər mətbuat və sosial şəbəkələrdə yer almış məmur övladlarının harınlığı ilə bağlı məlumatlar ölkənin ictimai diqqətini zəbt etmişdir. Sizin rəhbərlik etdiyiniz komandanın üzvləri və yaxud onlara yaxın şəxslər qanunsuz yollarla mənimsənilmiş vəsaitə və cəzasızlıq mühitinə güvənərək cəmiyyətə qarşı həqarət nümayiş etdirirlər. Bu hadisələr mütəmadi xarakter daşımağa başlayıb.
Hadisələrin ilk siqnalı Quba rayonunun icra başçısının qubalılar haqda işlətdiyi kobud fikirlərdən sonra gəldi. Bənzər olay bir qədər sonra İsmayıllı rayonunda təkrarlandı. Yenə də hadisənin katalizatoru rolunda komandanızın artıq sabiq üzvünün ailə təmsilçiləri iştirak etmiş oldular. Məmur övladlarının və qohumlarının harınlığı müxtəlif formalarda davam etməkdədir. Sosial şəbəkələrdə sərvətlərin nümayişindən başlamış müxtəlif şəkildə "kütlədən” fərqlənmə təşəbbüsləri cəmiyyətimizi bütövlükdə qıcıqlandırır.
Bu hadisələrin heç biri məni şəxsi zəmində narahat etmir. Problemin istimai-siyasi fəsadları ölkəmiz üçün ağır nəticələnə bilər. Qudurğanlığın qabarıq nümunələri ölkədə qazilərin özlərinə qəsdi, şəhid ailələrinin ağır güzəranı, təqaüdçülərin gündəlik dolanışıq çətinlikləri və s. çatışmazlıqlar fonunda baş verdiyindən, dövlətin etimad dayaqları zədələnir.
Siz komandanızın üzvlərini həddən ziyadə varlandırmısınız. Bu Sizin idarəçilik üslubunuzdur, bunda işim yox. Yaxşısı da, pisi də Sizindir. Pulun hakimiyyətinin üstünlüklər yaratmaq qədər də, insan təfəkkürünü pozmaq qabiliyyəti var, xüsusən cəzasızlıq şəraitində. Əminəm ki, bu sadə həqiqəti bilməmiş deyilsiniz.
Ölkənin geopolitik nöqteyi-nəzərdən təhlükəli mərhələyə qədəm qoyduğu şəraitdə belə eybəcər nümunələr toplumu daxildən aşındırır, vətəndaşın Dövlətə inamını tükədir. Hələ torpaqların işğal altında olduğu, yeni təhlükələrin isə yarandığı dövrdə hakimiyyət mənsublarının həqarəti ən vacib məqamlarda bizə baha başa gələ bilər. Sizin cavabdehi olduğunuz iqtidarın yetirmələrinin adrenalin çatışmazlığı və axtarışları komandanızın "yorğun”luğundan xəbər verir.
Cənab Prezident!
Sizə iqtidarınız üçün riskli, lakin dövlətimiz üçün vacib olan islahat istiqaməti təklif etmək istəyirəm. Siyasi riskin qarşılığında dövlət maraqlarını üstün tutacağınız qənaətindəyəm.
Bütün dünyada ilkin kapital yığımı qanunsuz yollarla həyata keçirilib - təxminən Azərbaycandakı kimi. Korrupsiyaya qarşı bəyan etdiyiniz mübarizənin effektivliyini artırmanın yolu qazanılmış vəsaitlərin rəsmiləşdirilməsi (maliyyə amnistiyası), onlara dövlət təminatının tanınması, gəlir və xərclər barədə deklorasiyaların tətbiqi kimi addımların atılmasını uyğun görürəm.
Hesab edirəm ki, bu istiqamətdə qəbul olunacaq qanunlar ölkə iqtisadiyyatını sağlamlaşdırar, monopoliyalara son qoyar, ölkədən kapital axınının qarşısını alar, "kölgə”dən çıxan gizli iqtisadiyyatın ödədiyi vergi sayəsində büdcəni zənginləşdirər və yeni iş yerləri yaradar, ən vacibi isə dövlət idarəçiliyi ilə biznesi differensasiya edər. Bundan əlavə, büdcə talançılığı səngiyər, qazanılan maddi nemətlərin bərabər və ədalətli bölgüsünə zəmin yaranar.
Hörmətli İlham bəy!
Bizim partiya zənginliyə qarşı deyil, yoxsulluğa qarşı mübarizə aparan siyasi təşkilatdır. Eyni zamanda maddi zənginliyin halal yolla əldə edilməsinin tərəfdarıyıq. Təkliflərimiz Tərəfinizdən nəzərə alındığı təqdirdə, necə qazanılmasından asılı olmayaraq vəsait və mülkiyyətin halal elan edilməsi siyasi və sosial baxımdan cəmiyyətdə dayanıqlığa gətirər. Mülkiyyət toxunulmazlığı və əminlik hər yerdə olduğu kimi Azərbaycanda da dövlətin sabitlik qarantı ola biləcək, heç bir siyasi təlatümdən asılı olmayan orta təbəqənin və biznes elitanın rəsmiləşmiş təbəqə olaraq formalaşmasına gətirə bilər.
İnanıram ki, dövlətin cibinə girmə imkanları məhdudlaşdıqdan və maliyyə fəaliyyəti şəffaflaşdıqdan, hamının qanun qarşısında bərabərliyindən, cinayətə - xüsusən iqtisadi qanun pozuntularına görə cəzaların tətbiqindən sonra belə yaramaz nümunələrin sayı azalacaq.
Hörmətlə,
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...