Bu bankların əmlakları satışa çıxarıldı - Qiymətlər

img

11-11-2022 [17:37]


oyabrın 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank" ASC-nin, noyabrın 30-da isə "Royal Bank" ASC-nin və "Bank Standard" QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Bildirilib ki, "Texnika Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 87 ünvanında yerləşən, ümumi sahəsi 259,7 kv.metr olan qeyri-yaşayış sahəsi, "Royal Bank"a məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 81,3 kv.metr olan mənzil və "Bank Standard"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 56A ünvanında yerləşən, ümumi sahəsi 143,2 kv.metr olan qeyri-yaşayış sahəsi müvafiq olaraq 770 min manat, 32 min manat və 300 min manat qiymət qoyulmaqla satışa çıxarılıb.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR