Sahil Babayev: "Bütün əmək müqavilələrinin elektron imzalanması məcburi təmin ediləcək”

img

11-11-2022 [15:06]


“Hesab edirik ki, növbəti ildə ölkədə bütün əmək müqavilələrinin elektron imzalanması məcburi təmin ediləcək”.

Mia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bununla bağlı qanunvericilik paketi yaxın zamanda Milli Məclisə təqdim olunacaq:

"Bununla da artıq əmək kitabçalarına, kağız üzərində əmrləşməyə və digər hallara ehtiyac qalmayacaq: “Ölkə üzrə kadr kargüzarlığı və inzibatçılığı, eləcə də paralel olaraq digər parametrlərin hamısı elektron sistem üzrərindən idarə olunacaq. Hətta işəgötürənlər üçün rahatlığın təmin edilməsi hər hansı səhvlərə, inzibati xətalara yol verilməməsi üçün Əmək Məcəlləsinin əksər şərtləri də orada elektronlaşdırılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR