Sumqayıtda sahibkar və sakinlər arasında qarşıdurmada maraqlı qüvvələr var

img

25-04-2014 [23:01]


Xəbər verdiyimiz kimi son günlər Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində sahibkarlar və ərazidə yaşayan sakinlər arasındamünaqişə yaranıb. Sakinlər öz etirazlarını aksiyalar keçirməklə bildiriblər.

Bu gün "Xeberle.com” xəbər portalına email ünvanına "ANONİM MƏKTUB” başlıqlı bir ismarıc göndərilib. Həmin icmarıcı olduğu kimi diqqətinizə çatdırırıq:

"Hörmətli redaksiya. 10-cu mikrorayon ərazisində sakinlərin etirazına səbəb heç də obyekt tikintisi və bu tikinti nəticəsində sakinlərin gediş-gəliş yolunun bağlanması deyil. Sakinlərin abadlıq məqsədilə aparılan işlərə etiraz etdiyi ərazi mübahisəli olub, yaxınlıqda yerləşən obyektlərin sahibləri və himayədarları qarşıdurmada maraqlı olublar.”

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bu cür informasiyanın onlara məlum olduğunu və bu qarşıdurmanın sahibkar və sakinlər arasında baş verdiyini bildirdilər: "Amma buna baxmayaraq İcra hakimiyyəti tərəfindən bununla bağlı araşdırma da aparılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA