"Kamaz" "Araz Vadisi İqtisadi Zonası"nı tərk edib

img

01-11-2022 [11:42]


Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti "Kamaz Lizinq Azərbaycan" MMC-nin adı "Avto Lizinq Azərbaycan"a dəyişdirilib.

Məlumata görə, buna səbəb Rusiyaya məxsus "Kamaz" ASC-nin təsisçilikdən çıxması, başqa sözlə törəmə şirkətini Azərbaycan kapitallı təsisçiyə satmasıdır.

Bununla əlaqədar indiyə qədər lizinq şirkətinə rəhbərlik edən Rofel Qasım oğlu Qurbanov vəzifəsindən azad edilib, onun yerinə Fəxri Şaliq oğlu Həsənov təyin olunub.

Xatırladaq ki, sözügedən şirkət ötən il oktyabrın 4-də, 1,699 milyon manat nizamnamə kapitalı ilə yaradılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR