Rusiya "Taxıl dəhlizi"ni tam qapatdı: "Bu, yolverilməzdir"

img

31-10-2022 [22:04]


Rusiya Ukrayna taxılının ixracı üçün Qara dənizdə açılan təhlükəsizlik dəhlizini tamamilə qapayıb.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "taxıl dəhlizi" kimi qəbul olunan təhlükəsizlk dəhlizində artıq gəmilərin hərəkəti dayandırılıb: “Bu, artıq bizim üçün yolverilməzdir".

Nazirlik iddia edib ki, Ukrayna "taxıl dəhlizi"ndən Rusiyaya qarşı hərbi əməliyyatlarda yararlanır.

Xatırladaq ki, bu gün Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Şoyqu ilə bir neçə gün əvvəl qapanan "Taxıl dəhlzi"nin bərpa olunması barədə danışıq aparıb. Amma görünən odur ki, rəsmi Moskva bu cəhdə müsbət yanaşmayıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR